30 Avqust 2018 21:22
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il 1 mart qırğınlarının bütün detalları açıqlanacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturyan deyib.

Lakin o, bunun ictimaiyyətə nə vaxt açıqlanacağını bildirməyib:

“Baş vermiş qırğının qaranlıq qalan bütün məqamlarının açıqlanması üçün yekun işlər görülür. Bu cinayətdə birbaşa iştirak edən və bunu icra edən şəxslərin hamısının adları açıqlanacaq”.

Sasun Xaçaturyan qırğında iştirak etmiş şəxslərin irəli sürülmüş ittiham əsasında istintaqa cəlb olunacağını deyib və heç kəsə güzəşt edilməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, keçən ay keçmiş prezident Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturov müvafiq ittiham əsasında həbs edilmişdi. Lakin Apellyasiya Məhkəməsi hər iki şəxsin azad edilməsi ilə bağlı qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər