"Qərbdən olan güclər əl-Nusra terror təşkilatının adını dəyişib Fetih el Şam qoymaqla militanları müdafiə edir və bununla da BMT Təhlükəsizlik Şurasının qərarlarını pozurlar. Suriyaya üçlü - ABŞ, İngiltərə və Fransa ordularının iştirakı ilə hücum planlaşdırırlar. Bu üçlü hücum olsun ya olmasın, biz yolumuzdan dönməyəcəyik".
Teleqraf.com xəbər verir ki, bunu Suriya xarici işlər naziri Valid Muallim Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Qərbin planları Dəməşqin Suriyanı yaraqlılardan təmizləmək qərarını dəyişə bilməz.