Ermənistanın keçmiş prezidenti Robert Köçəryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, bu haqda onun özü məlumat verib.
Keçmiş prezident bundan əvvəl siyasətə qayıtdığını və ölkədə baş verən proseslərin bunu zərurətə çevirdiyini demişdi.
Məsələ ilə əlaqədar son açıqlamasında isə o bildirib: “Əgər siyasətə qayıtdığımı demişdimsə, seçkilərdə iştirak etməyim lazımdır”.
Lakin Köçəryan seçkilərdə hansı formada iştirak edəcəyini açıqlamayıb. Bununla yanaşı o, seçkilərə Respublika Partiyası və iş adamı Qagik Çarukyanın Çiçəklənən Ermənistan Partiyasının dəstəyi ilə qatılacağı barədə ünvanlanmış sualı cavabsız qoyub: “Bunu zaman göstərəcək”.