Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryana telefonla zəng edib.
Teleqraf.com xəbər verir ki, V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib.
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, o, V.Putinin R.Köçəryana açıq dəstək verəcəyini gözləyirdi:
“Köhnənin dostudurlar. Kreml sahibi Köçəryan prezidentlikdən getdikdən sonra da onunla tez-tez Moskvada görüşürdü. Putinin Köçəryana telefon zəngi Ermənistanın baş naziri Nikol Paşinyana bu şəkildə xəbərdarlıqdır: “Mənim dostumla işin olmasın, əks halda...”