19 Avqust 2014 16:44
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun sayəsində Türkiyə 5 təcrübəli agenti ələ keçirərək, edam edib; İsrail dövləti şokdadır.


Bir neçə gün əvvəl Türkiyə kəşfiyyatının, ölkə ərazisinə sızaraq prezident seçkiləri zamanı terror-təxribat törətməyi planlaşdıran qrupu zərərsizləşdirdiyi haqda xəbər yayıldı. Xəbərdə qeyd olunurdu ki, avqustun 10-da prezident seçkiləri günü Türkiyədə çaxnaşma yaratmaq üçün 5 MOSSAD agenti Suriya ərazisindən Türkiyəyə daxil olmağa çalışıb. Ancaq bu əməliyyat vaxtından əvvəl ifşa olunub və Türkiyə kəşfiyyatı MOSSAD agentlərini ələ keçirərək Suriya ərazisində aparıb və burda edam ediblər.


Türkiyənin “Takvim” qəzeti 5 MOSSAD agentinin Türkiyədə ifşa olunaraq məhv edilməsinin şok təfərrüatlarını yazıb. Məqalədə qeyd olunur ki, beynəlxalq yəhudi baronlarının da dəstəyi ilə İsrail hökuməti Türkiyədə terror və təxribat həyata keçirmək üçün ölkəyə xüsusi hazırlıq görmüş 5 MOSSAD agenti göndərib. Ancaq bu əməliyyat baş tutmamışdan əvvəl proses və agentlər ifşa olunublar; Suriyadan Türkiyəyə 5 MOSSAD agentinin keçidini təmin etməli olan Suriya müxalifətinə aid 12 nəfərlik qrupa qarşı əməliyyat keçirilib; qrup üzvləri öldürülüb, 3 nəfər isə sağ ələ keçib. Avqustun 5-də isə 5 MOSSAD agenti Türkiyəyə keçmək istəyərkən, daha bir əməliyyat qrupu isə turist kimi yaxtada Türkiyəyə keçərkən ələ keçirilərək məhv edilib.


Qəzetin yazdığına görə, bu hadisə İsraildə şok effekti yaradıb. Hökumətin təcili toplantısı keçirilib və MOSSAD agentlərinin ələ keçməsi xəbərlərinin qəti şəkildə təkzib olunması haqda təlimat verilib. “Takvim” qəzeti isə Türkiyə kəşfiyyatındakı mənbələrə istinadən müdhiş əməliyyatın əsas qəhrəmanı olan, İsrail kəşfiyyatına sızaraq Türkiyə üçün agent kimi çalışan Jasmin S. adında qadın və əməliyyatın detalları haqda bilgilər əldə edib.

Qəzetin yazdığına görə, İzmir şəhərində bir yəhudi əsilli Türkiyə vətəndaşı olan Jasmin S. adlı gənc qadın bir il əvvəl Mossad agenti kimi əməkdaşlığa cəlb olunub. Jasmin MOSSAD-ın Türkiyədəki çoxsaylı agentlərindən biri olub. Ancaq Jasmin eyni zamanda Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq edib. İkitərəfli agent olan Jasmin mənsub olduğu qrup üzərindən avqustun 10-da Türkiyədə əməliyyat keçirilməsi ilə bağlı əldə etdiyi xəbərləri Türkiyə tərəfinə ötürüb. Beləliklə, hazırlanan əməliyyat ifşa olunub və MOSSAD-ın xüsusi qrupu ələ keçirilərək edam edilib. O da bəlli olub ki, MOSSAD-ın haqqında söz gedən qrupunda uzun illərin əməliyyat təcrübəsinə sahib olan təcrübəli agentlər olub.


Jasmin S. isə əməliyyatdan 12 saat keçməmiş İsraildən qaçırılıb və saxta pasportla 3-cü ölkəyə göndərilib. Bu hadisə İsrail dövləti içərisində öldürücü şok yaradıb. İsrail hökuməti bu biabırçılığı aradan qaldırmaq üçün yeni əməliyyat hazırlanmasını və bu barədə məlumatları gizlətməyi tələb edib. Bunu da “Takvim” qəzeti yazaraq, iddia edir.


Musavat.com


Müəllif:

Oxşar xəbərlər