31 Avqust 2018 18:25
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2008-ci il martın 1-də İrəvan şəhərində baş verən cinayət hadisəsinə görə beynəlxalq axtarışda olan Ermənistanın keçmiş müdafiə naziri Mikael Harutyunyanı İrəvana ekstradisiya etməkdən imtina edib.

Teleqraf.com Interfax-a istinadla xəbər verir ki, bu barədə İrəvandan Moskvaya rəsmi müraciət daxil olub.

Lakin mənbə Rusiya və Ermənistanın səlahiyyətli orqanları arasında aparılan danışıqların təfərrüatını açıqlamayıb: “General Mikael Harutyunyanın Interpol-un axtarışında olması barədə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına yazılı müraciət göndərilib. Lakin rəsmi Moskva generalı İrəvana ekstradisiya etməkdən imtina edib.

Məlum olub ki, Moskva sabiq naziri geri qaytarmayacaq. Çünki 2002-ci ildən bəri Mikael Harutyunyanın rus pasportu olduğu müəyyənləşib”.

Qeyd edək ki, 2008-ci il 1 mart qırğınlarına görə Ermənistanda keçmiş müdafiə naziri Mikael Harutyunyana qarşı cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər