31 Avqust 2018 23:00
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Çin hökumətindən Sincan Uyğur Muxtar Bölgəsində qanunsuz həbs edilmiş 1 milyona yaxın uyğuru sərbəst buraxmağı tələb edib.

Daha öncə eyni tələblə çıxış edən ABŞ Konqresinin üzvləri BMT-dən Çinə sanksiya tətbiq etməsini istəmişdi.

BMT-nin irqi ayrı-seçkiliyə qarşı mübarizə komitəsinin hesabatında Çin hökumətinin etniklərin hüquq və azadlıqlarını kobud şəkildə pozduğu qeyd olunur.

Ölkədə yaşayan uyğur, buddist, tibetli və moğollar aşırı təzyiqlərə məruz qalırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər