Rusiya lideri Vladimir Putin Qondarma Dontesk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenkonun ölümü ilə bağlı onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Axar.az xəbər verir ki, Kreml rəhbəri bəyanatında vurğulayır ki, bu qətli törədənlər layiqli cəzalarını alacaqlar.
“Aleksandr Vladimiroviç əsl xalq lideri, mülayim və qətiyyətli insan idi. O, Donbasın vətənpərvəri idi. Öz məmləkətinin çətin dövründə üzərinə böyük məsuliyyət götürdü və insanları ardınca apardı. Zaxarçenkonun öldürülməsi alçaq cinayətdir. Bu, bir daha onu təsdiq edir ki, terror, zorakılıq yolunu seçənlər münaqişənin sülh, siyasi həllini axtarmaq istəmirlər. Onlar vəziyyəti gərginləşdirməyə nail olmaq istəyirlər. Lakin onlarda bu, alınmayacaq”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, A.Zaxarçenko bu gün Donetskdə “Separ” kafesində törədilən partlayış nəticəsində öldürülüb.