İranın Sistan-Bəlucistan əyalətində müxalif yerli sünni yaraqlılarla İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH arasında baş verən silahlı qarşıdurmada 4 nəfər ölüb, ən azı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın quru qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə avqustun 31-i, sübh saatlarında Pakistanla həmsərhəd Səravan məntəqəsində baş verib.
Bir qrup silahlı şəxs Pakistan sərhədini keçib ölkə ərazisinə daxil olarkən SEPAH qüvvələri ilə qarşılaşıblar.T ərəflər arasında baş verən atışmada silahlı dəstə üzvlərindən 4-ü yerindəcə həlak olub, 3-ü bədən xəsarəti alıb.
Yayılan məlumatda ölən və bədən xəsarəti alan yaraqlı bəlucların adları, onların hansı müxalif təşkilata bağlı olduqları və atışmada SEPAH qüvvələrinin mümkün itkiləri açıqlanmayıb.