2 Sentyabr 2018 18:30
2 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının Suriyanın Palmira şəhərini ələ keçirmək planı deşifrə edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya və Bəşər Əsəd qüvvələri Palmira yaxınlığında yerləşən Əl-Tanf rayonunda İŞİD-in mövqeyini darmadağın ediblər.

Bölgədə baş vermiş silahlı qarşıdurmada 2 terrorçu öldürülüb, 2 nəfəri isə yaralanıb. Məlum olub ki, İŞİD Palmiranı 1 həftəyə ələ keçirməyi planlaşdırıb və bu məqsədlə bölgəyə öz kəşfiyyatçılarını göndərib.

Rəsmi Dəməşqdən verilən açıqlamada bildirilib ki, İŞİD Əl-Tanfda “Şərqin Aslanları” qrupu adı altında 500 militanını yerləşdirib. Terrorçuların ABŞ-ın bölgədəki hərbi bazası yaxınlığında düşərgə salması isə diqqət çəkib.

Dəməşq bunun İŞİD və ABŞ-ın planı olduğunu iddia edir. Yayımlanmış sənəddə militanların ABŞ bazasında yerləşdirilmiş peşəkar hərbçilər olduğu və terrorçuların ABŞ-ın Əl-Tanfdakı bazasından silahlandırıldığı iddia olunur.

Qeyd edək ki, İŞİD-in 2015-ci ildə ələ keçirdiyi Palmira şəhəri 10 ay sonra Suriya və Rusiya Silahlı Qüvvələri tərəfindən geri alınıb. Lakin terror təşkilatı 2016-cı ildə yenidən Palmiranı ələ keçirsə də, Suriya qüvvələri 2017-ci ildə şəhərə nəzarəti yenidən geri qaytara bilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər