Rusiyada pensiya yaşının arıtılması etirazlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, bazar günü Moskvanın mərkəzində Kommunist Partiyasının keçirdiyi mitinqə bir neçə min insan toplaşıb. Ölkənin uzaq şərq bölgəsində Vladivistokda, Sibirdə isə Barnaul və Novsibirsk şəhərlərində də etiraz mitinqlərinin keçirildiyi bildirilir.
Pensiya yaşının artırılması ilə bağlı layihə iyun ayında təqdim edilib və parlamentin aşağı palasında ilk oxunuşda qəbul edilib. Lakin layihəyə geniş etirazlar edilir.
Putin keçən həftə televiziyada müraciəti zamanı qadınlar üçün pensiya yaşının təklif edildiyi kimi 63 deyil, 60 yaşına qaldırılacağını qeyd edib.
Rusiya hökuməti qadınlar üçün pensiya yaşının 60, kişilər üçün isə 65 yaşa qədər artırılmasını təklif edir. Qadınlar üçün hazırkı pensiya yaşı 55-dir.