2 Sentyabr 2018 23:58
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Teleqraf.com xəbər verir ki, "MI-8 MTV" helikopteri Məzari-Şərif şəhərindəki hərbi bazadan səmaya qalxdıqdan sonra yerə çırpılıb. Hadisə zamanı uçaqda olan 3 heyət üzvü, 1-i Ukrayna vətəndaşlı olmaqla, 11 əfqan olub. Qəza nəticəsində 2 heyət üzvü və 10 sərnişin həlak olub, daha 2 nəfər isə sağ qalıb.

Qəzanın səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com