Hindistanın Kalküta şəhərində bina tikintisi ilə əlaqədar təməlqazma zamanı zibil torbalarından 14 uşaq cəsədi aşkar edilib.
Kalküta bələdiyyə sədri Sovan Çatterji uşaq cəsədlərinin iki ayrı torbada tapıldığını qeyd edib: "Cəsədlərin kimyəvi məhlula salındığı müəyyən edilib. Digər ərazilərdə uşaq cəsədlərinin olması araşdırılır".
Polisin verdiyi məlumata görə, bölgədə qanunsuz abort əməliyyatları ilə məşğul olan şəbəkənin mövcudluğu ağlabatan versiyalardan biridir.
Faktla bağlı araşdırma aparılır.