Qondarma Donetsk Xalq Respublikasının keçmiş rəhbəri Aleksandr Zaxarçenko dəfn edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik" informasiya yayıb.
Məlumata görə, əvvəlcə teatrda vida mərasimi təşkil edilib, daha sonra isə Zaxarçenkonun nəşi Yujnoe qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Donetsk separatçılarının lideri A.Zaxarçenko “Separ” kafesində törədilən partlayış nəticəsində həlak olmuşdu.