Türkiyə Silahlı Qüvvələrinə məxsus M60T tankları Suriya ilə sərhəddə cəmləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Tanklar gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində Antakya və Yayladağı rayonlarından Hatay vilayətinə doğru hərəkət ediblər.
Buradan tanklar Suriya ilə sərhəddə yerləşən postlara yerləşdiriləcək.