3 Sentyabr 2018 07:02
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya xarici işlər naziri Velid Muallim İdlib əməliyyatının məqsədini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Maullim "Russia Today"a müsahibəsində Suriyanın İdlibdə Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədiyini qeyd edib: "Amma türklər İdlibin Suriya ərazisi olduğunu anlamalıdır".

İdlibin taleyi 7 sentyabrda Tehranda keçiriləcək Türkiyə, İran və Rusiya nümayəndələrinin zirvə toplantısında müəyyən ediləcək. Toplantıya hər üç ölkənin prezidentləri qatılacaq

Suriya ordusuna hərbi dəstək verən Rusiya 3 milyon nəfərin yaşadığı İdlibdəki Hayat Tahrir el Şam kimi qrupları terror təşkilatları hesab edir. Türkiyə Suriyanın İdlib əməliyyatına qarşı çıxıb.

ABŞ-ın dəstəklədiyi kürd qruplarla bağlı açıqlama verən Muallib əlavə edib ki, ABŞ etibarsız tərəfdaşdır: "Kürd vətəndaşlarımız bunu anlamalıdır. Biz kürdlərlə hər cür dialoqa hazırıq. Suriyanın da keçilməz qırmızı xətləri var. Bu ərazi bütövlüyü, suverenlikdir. Bunun xaricində hər cür danışıqlara hazırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər