3 Sentyabr 2018 08:35
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada əhalinin qocalması səbəbindən sosial ehtiyaclar üçün məsrəflər növbəti dəfə rekord həddə çataraq, bir trilyon dolları ötüb.

Ötən maliyyə ilində sosial ehtiyaclar üçün məsrəflər 117 trilyon yen və ya təqribən 1 trilyon 54 milyard dollar təşkil edib. Bu, əvvəlki illə müqayisədə 1,3 faiz çoxdur.

Hesabat dövründə pensiya ödəmələri 490 milyard dollar, tibbi xidmət üçün xərclər isə 346 milyard dollar təşkil edib.
Sosial təminat məsrəflərinə, o cümlədən yaşlılara xidmətə və sosial ödənişlərə 217 milyard dollar vəsait sərf olunub.
Hər bir nəfərə düşən sosial təminat xərcləri isə 8300 dollar təşkil edib.

/Azərtac/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər