Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyana görüşü planlaşdırılır.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov məlumat yayıb.
Nazir görüşün tarixinin yaxın zamanlarda dəqiqləşdiriləcəyini söyləyib: “Düşünürəm ki, Ermənistanın yeni liderinin ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirdiyini dinləmək bizim üçün əhəmiyyətlidir”.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərlə yanaşı Ermənistanın indiki vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında götürdüyü öhdəliklər məsələsi də müzakirə predmeti olacaq.
Xatırladaq ki, tərəflər bu ilin mayında Soçidə görüşüb.