3 Sentyabr 2018 16:30
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri İsrail, İordaniya və Türkiyəyə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyi məlumat yayıb.

Xəbərə görə, Dövlət katibi Mayk Pompeonun köməkçisi Coel Raybörnü 4 günlük səfəri zamanı Ceyms Cefri müşayiət edir.

Bu, bir müddət öncə ABŞ dövlət katibinin Suriyadakı xüsusi nümayəndəsi vəzifəsinə gətirilən Ceyms Cefrinin yeni postunda ilk beynəlxalq səfəri sayılır.

Ceyms Cefrinin səfər zamanı yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.

ABŞ və İsrailin ortaq maraqlarını ifadə edən mövzulara toxunulacağı, Suriya böhranının müzakirə olunacağı bildirilir. Vaxtilə ABŞ-ın Ankaradakı səfiri olmuş Ceyms Cefrinin səfərlər çərçivəsində mühüm müttəfiqlər və ortaqlarla görüşəcəyi vurğulanır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər