Beynəlxlaq məsələlər üzrə amerikalı ekspert Martin Sieff son vaxtlar Vaşinqton administrasiyasının Türkiyəyə qarşı Birinci Dünya Müharibəsi ərəfəsində Vinston Çörçilin Osmanlı İmperiyasına qarşı etdiyi səhvləri təkrarladığını iddia edib.
Teleqraf.com xəbər verir ki, ekspert Türkiyənin Çörçilin səhvləri ucbatından Birinci Dünya Müharibəsi zamanı Almaniyaya qoşulduğunu xatırladıb.
United International Press (UIP) xəbər agentliyi və "Washington Times" qəzetində analitik kimi çalışan, CNN, NPR, Fox News və BBC kimi media qurumlarında ekspert kimi çıxışlar edən Martin Sieff ABŞ-ın Strateji Mədəni Dərnəyinin saytında dərc etdiyi məqaləsində Türkiyə-ABŞ gərginliyinə toxunub.
Ekspertə görə, Tramp Çörçilin səhvlərini təkrarlayır və bu səhvlər Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatına sürükləyir.
1917-ci ildən öncə Çörçil Osmanlı imperiyasının sifariş etdiyi hərbi gəmiləri təhvil verməkdən imtina etdi və buna etiraz olaraq Osmanlı əks cəbhəyə - Almaniyanın rəhbərlik etdiyi ittifaqa qoşuldu. İndi isə ABŞ F-35 qırıcılarını Türkiyəyə verməkdən imtina edir. Bu dəfə Türkiyə Şanxay Əməkdşalıq Təşkilatına üzv ola bilər.
"ABŞ Makedoniya, Qaradağ və Gürcüstan kimi kiçik dövlətləri Estonya, Latviya və Litva kimi başqa kiçik ölkələrin olduğu NATO-ya cəlb etmək istədiyi halda, Türkiyə Atlantika Blokunda qalıb-qalmamaq barədə düşünür. Halbuki Türkiyə 63 ildir ki, NATO-nun üzvüdür. 15 iyun qiyam cəhdi və son sanksiyalardan sonra Türkiyə ABŞ və NATO-ya etibar etmir", deyə ekspert bildirib.