4 Sentyabr 2018 13:28
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pakistan parlamentinin yuxarı və aşağı palataları və 6 əyalət məclisi birlikdə ölkənin yeni prezidentini seçəcək.

Teleqraf.com xəbər verir ki, ümumilikdə 706 deputatdan 236-nın səsini qazanan namizəd prezident seçilmiş sayılacaq.

Seçkidə 3 namizəd iştirak edir. Bunlar baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatının namizədi, bu partiyanın qurucularından olan parlamentin deputatı Arif Alvi, mərhum baş nazir Bənazir Bhuttonun oğlu Bilavəl Bhutto Zərdarinin liderlik etdiyi Pakistan Xalq Partiyasının namizədi Əitzaz Əhsən və 5 müxalifət partiyasının birləşdiyi Birgə Hərəkət Şurasının namizədi Mövlana Fəzl-ür-Rəhmandır.

Ekspertlər hesab edirlər ki, iqtidar partiyasının namizədi Arif Alvinin seçilmə şansı daha çoxdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər