Rusiyalı hərbi jurnalist, “Kanal 1” ın əməkdaşı Semyon Peqov Donetskdə döyülüb.
Teleqraf.com xəbər verir ki, hərbi jurnalist “Zaman göstərəcək” adlı proqramda separatçı Donetsk Respublikasından qoşularaq separatçıların lideri Aleksandr Zaxarçenkonun ölümündən sonra yaranmış vəziyyət haqqında danışırmış.
Bu zaman uniformalı bir şəxs jurnalistə hücum edib.
Jurnalist ona hücum edən şəxsin əlindən çıxaraq qaçıb və proqramın aparıcısı Artyom Şeyinlə əlaqə qurmağa cəhd edib.