Türkiyənin Müdafiə naziri Hulusi Akar Ankarada səfərdə olan ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefrini qəbul edib.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, görüşdə Suriyadakı son hadisələr müzakirə edilib. PKK/PYD/YPG terror qruplaşmalarının bölgə üçün narahatlıq yaratdığı bildirilib.
Qeyd edək ki, bu gün Rusiya hərbi təyyarələri İdlib bölgəsinə havadan hücum edib.
Xatırladaq ki, Ceyms Cefri vaxtilə ABŞ-ın Ankaradakı səfiri postunu tutub.