İraqın cənubunda yerləşən Bəsrə şəhərindəki nümayişlərdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 7 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, şəhərdə kommunal xidmət məhdudiyyəti səbəbindən başlayan aksiyalara təhlükəsizlik qüvvələri sərt şəkildə müdaxilə edib. Müdaxilə nəticəsində ölənlərlə yanaşı, 30-dan çox insan yaralanıb.
İraq neftinin təxminən yüzdə səksəninin çıxarıldığı Bəsrə vilayətində xalq iki aydır işsizlik, elektrik böhranı və dövlət xidmətlərində baş verən çatışmazlıqlar səbəbindən mitinqlər keçirir.