Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Qırğızıstana səfəri zamanı bu ölkədə fəaliyyət göstərən 13 FETÖ-çünün ekstradisiya edilməsi istənilib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətləri arasında görüş zamanı FETÖ məsələsi də müzakirə edilib.
Məlumata görə, FETÖ-nün Orta Asiyadakı rəhbər heyətinin əksəriyyəti Qırğızıstanda yaşayır.
Türkiyənin adının açıqlanmasını istəməyən diplomatı “Hürriyyət”ə deyib ki, Qırğızıstan daxil olmaqla bir çox ölkələrdə FETÖ-nün fəaliyyəti haqda geniş informasiyası yoxdur: “Biz vəziyyəti anladırıq və anlatmaqda davam edəcəyik. Türkiyənin əlində Qırğızıstandakı FETÖ təşkilatlanması ilə əlaqədar 130 nəfərlik geniş siyahı var. Siyahı Qırğızıstan rəsmilərinə təqdim edilib. Siyahıda olan 13 FETÖ-nü dərhal istəyirik.
Onların içində FETÖ-nün Orta Asiya imamı da var.
Siyahıda olan şəxslərin adı, soyadı, yaşadığı ünvan, oturduğu ofis haqqında bütün informasiyalar qeyd edilib”.