Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya xarici işlər naziri Heiko Maası qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, regionda baş verən proseslər, xüsusilə də, Suriya böhranı, həmçinin Türkiyənin Avropa Birliyi ilə əlaqələri, ABŞ prezidenti Donald Trampın gömrük siyasətindən dolayı yaranan gərginlik və s. məsələlər müzakirə olunub.