5 Sentyabr 2018 23:42
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya xarici işlər naziri Heiko Maas ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, almaniyalı həmkarı ilə görüşdə Suriya məsələsi müzakirə edilib: "İdlibə hücumların dayanması üçün böyük çabalar göstəririk. Gərginliyi azaldacaq 4 bölgəni müəyyən etdik. Son olaraq İdlib məsələsi qaldı. Əsəd rejiminin buranı ələ keçirmək istədiyi açıq ortadadır. Təəssüf ki, dünəndən bəri hücumlar davam edir. Kimsə kimsəni aldatmasın. Bu hücumların məqsədi İdlibi ələ keçirməkdir. Bu, bütün hallarda bir fəlakət olacaq. Almaniyanın bu prosesdə sərgilədiyi səmimi mövqeni təqdir edirik".

Çavuşoğlu qeyd edib ki, İdlib əməliyyatlarının yanlış olduğu Rusiya tərəfinə çatdırılıb: "İdlib atəşkəs bölgəsi olmalıdır. Radikal terror qruplara qarşı ortaq strateji proqramımız olmalıdır. Biz bu məsələdə çox çaba etdik. Problemin həlli İdlibi bombalamaq deyil".

Almaniya XİN rəhbəri Heiko Maas Suriya məsələsində Türkiyəni dəstəklədiklərini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər