Rusiyalı müğənni Yulia Samoylova bildirib ki, ölkədən mühacirət etməyə hazırdır.
Bu barədə o, özünün "Instagram" səhifəsində yazıb.
Müğənni həmçinin özünün Şeeremetyevo hava limanındakı fotosunu da paylaşıb. "360" telekanalının məlumatına görə, Samoylovanın prodüsseri bildirib ki, müğənninin nə üçün belə yazmasının səbəbini bilmir. O, əlavə edib ki, ifaçı artıq təyyarədədir.
Mayın sonlarında "Change.org" saytında Yuliya Samoylovanın yenidən 2019-cu ildə İsraildə keçiriləcək Avroviziya beynəlxalq musiqi yarışmasında Rusiyanın təmsilçisi kimi göndərməklə bağlı petisiya yerləşdirilmişdi.