Belçikanın sabiq kralı II Albert şort geyinməsi səbəbindən yaxta klubunun barına buraxılmayıb.
Teleqraf.com xəbər verir ki, hadisə İtaliyanın Santa Maria di Leuca şəhərində baş verib.
Keçmiş kral II Albert kraliça Paola ilə birlikdə barda əyləşmək istəyib. Ancaq II Alberti tanımayan barmen onun şort geyməsi səbəbindən bara buraxa bilməyəcəyini bildirib.
Barı tərk edən Kral şalvar geyinmək məcburiyyətində qalıb.
Qeyd edək ki, 1993-cü ildə taxta əyləşən Kral II Albert 2013-cü ildə könüllü olaraq taxt-tacı oğlu Flippə ötürüb.