6 Sentyabr 2018 17:04
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini mövzularda zarafat etmək Səudiyyə Ərəbistanında 5 il müddətinə həbslə nəticələnə bilər.

Teleqraf.com xəbər verir ki, krallığın Baş Prokurorluğun “Tvitter” səhifəsində yerləşdirilmiş məlumatda belə deyilir:

“Sosial şəbəkələrdə dini dəyərlərə və normalara rişxənd edən kontentlərin yaradılması və yayılmasına kibercinayətkarlıq kimi baxılacaq”.

Bu işdə günahkar bilinən şəxslər 5 ilədək həbs olunacaq, həmçinin 3 milyon rial (1 milyon 359 min 600 AZN) cərimə olunacaqlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər