6 Sentyabr 2018 15:30
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uelsdən olan 28 yaşlı Eymi Luiza Evans intihar etdikdən sonra onun 3 yaşlı qızı 4 gün evdə tək qalıb. Qızcığaz bu müddət ərzində mətbəxdən tapdığı çörək qırıntıları və yağla qidalanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Məlumata görə, ac və bədbəxt uşağı polislər aşkara çıxarıb. E.L.Evans intihar etməzdən qabaq anasına uşağı götürməklə bağlı mesaj yazıb. Qadın anasına izah edib ki, “hər şeyə son qoymağa” hazırlaşır. Ancaq anası bunu ciddiyə almayıb və “Axmaqlıq etmə” cavabını verib.

Növbəti bir neçə gün ərzində ana öz qızı ilə əlaqə yaratmağa çalışıb, ancaq o, cavab verməyib. Nəhayət, yaşlı qadın polisə müraciət edib.

Hadisə yerinə gələn polislər evdə E.LEvansın meyidini və onun ac, qorxmuş 3 yaşlı qızını aşkarlayıblar. Uşaq bir neçə gün təkbaşına qalıb, ancaq çörək qırıntıları və yağla qidalanıb. O, dərhal xəstəxanaya yerləşdirilib, ancaq onun fiziki sağlamlığı ilə bağlı ciddi problem aşkarlanmayıb. Eyminin ikinci övladı bu müddət ərzində öz atasının yanında olub.

Qeyd olunur ki, E.L.Evans alkoqoldan aşırı istifadə edib, intihar etdiyi gün də sərxoş olub. Qadın psixi xəstəlikdən əziyyət çəkməyib, ancaq sevgilisindən ayrılması ona ağır təsir edib – o, intihardan əvvəl sevgilisinin sosial şəbəkədəki səhifəsini ziyarət edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər