6 Sentyabr 2018 21:58
4 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 2015-ci ilə qədər Milli Kəşfiyyat Xidmətinə rəhbərlik edən Əli Məmluk ev dustağı edildikdən indiyə qədər onun haqqında məlumat yoxdur.

Teleqraf.com bu məşhur kəşfiyyatçının dosyesini təqdim edir.

General Əli Məmluk 1945-ci ildə Dəməşqdə doğulub. 1970-ci ildən başlayaraq kəşfiyyat xidmətinin müxtəlif strukturlarında çalışıb. Məmluk Qazi Kənanın əmri altında Livanda hərbi kəşfiyyat və hava qüvvələrində kəşfiyyat sahəsində işləyib. 2005-ci ildə Suriya Milli Kəşfiyyat Xidmətinin direktoru təyin edilib.

Əli Məmluk bu vəzifədə ərəb dünyasının kəşfiyyat xidmətləri ilə yaxşı əlaqələr qurmağı bacarıb. Bu isə Suriya üçün mühüm əhəmiyyət kəsb edib. O, xüsusilə Livan, Misir və digər ölkələrlə Dəməşqin diplomtik münasibətlərini qaydaya salmağa nail olub. Eyni zamanda Dəməşq-Riyad, Dəməşq-Vaşinqton görüşlərini həyata keçirib.

Wikileaks-ın illər əvvəl yaydığı xəbərə görə, 2007-ci ildə Əli Məmluk və rəhbərlik etdiyi struktur Suriya daxilində az saydakı vətəndaş cəmiyyəti qurumlarının, ə müxalifətin zəiflədilməsi və nəzarət altına alınmasında açar rolunu oynayıb.

Derada başlayan və ölkəyə yayılan etirazların güc yolu ilə yatırılmasında əsas rol oynayan Əli Məmluk uzun illər ABŞ sanksiyaları altında olub.

Qeyd olunur ki, Əli Məmluk sünni təriqətinə məxsus olub. Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ölkədə bütün kəşfiyyat strukturlarına rəhbərlik edən Əli Məmluk bir qədər fərqli düşünüb.

Məhz bu səbəbdən də Məmluk Suriya ordusunun nəzarət etdiyi İdlib və Cisr əl Şuguranı “Əl-Qaidə”nintörəməsi olan “Əl-Nusra”ya təslim etdikdən sonra Suriyaya düşmən hökumətlər və rejimin sabiq nümayəndələri ilə əlaqələr qurmağa başlayıb.

Hətta Əli Məmlek vasitəçi sayəsində Türkiyə kəşfiyyatı ilə əlaqələr qurub. Kəşfiyyatçı eyni zamanda 1980-cı illərdə dövlət çevrilişinə cəhd etməkdə günahkar bilinən Bəşər Əsədin Hələbdə ev dustağı etdiyi əmisi Rifat Əsədlə əlaqə qurmağa çalışıb. Bu məqsədlə hələbli bir iş adamından istifadə edib.

İddiaya görə, Əli Məmluk türk kəşfiyyatı ilə əlaqəyə keçməklə plan hazırlayıb Suriyada dövlət çevrilişi həyata keçirməyə çalışırmış. Ancaq bu plandan xəbəri olan Suriya hakimiyyətində təmsil olunan yüksək çinli şəxs Məmlukun türk kəşfiyyatı ilə əlaqəyə girərək dövlət çevrilişi etmək istəyi haqqında Bəşər Əsədə xəbərdarlıq edib. Bundan sonra Bəşər Əsədin göstərişi ilə Əli Məmluk ev dustağı edilib..

Bəşər Əsəd bu barədə danışmağı rədd edib. Lakin rejim daxilində adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib ki, Suriya rəsmiləri və ordu daxilində Rifat Əsədin geri dönməsi istəyi var.
2015-ci ildən həbs edilən Əli Məmluk haqqında indiyədək informasiya yoxdur.

Suriya hakimiyyətində təmsil olunan və sonradan ölkədən gedən şəxslərin dediklərindən aydın olub ki, Əli Məmluk Suriyada İran təsirinin güclənməsindən narazı olub. Həmin dövrdə digər bir məşhur kəşfiyyatçı Rüstəm Qazali hərbi kəşfiyyat içindəki rəqibi Rafiq Şahadanın adamları tərəfindən qətlə yetirilib. Sünni olan Rüstəm Qazalı və Əli Məmluk İranın İslam İnqilabi Keşikçiləri Korpusu və Livandakı “Hizbullah” qüvvələrinin ölkədə hakim mövqeyə gəlməsini qarşı çıxırmış. Həmin dövrdə bir sıra suriyalı rəsmilər də iranlıların onlardan daha çox səlahiyyətə sahib olmasından ehtiyat edirmiş. 2015-ci ildə iranlı rəsmilər hökumətin mərkəzi bankından tutmuş müdafiə nazirliyinə qədər strukturlarda rəhbərliyi faktiki ələ alıbmış. Həmin dövrdə Dövlət Nazirliyinə yaxın bir mənbə “Röyter”ə deyib ki, Əli Məmluk Suriyanın öz müstəqilliyini İrana verməsinə nifrət edir vər dəyişikliyin vacibliyini deyirmiş.Rüstəm Qazalı bu səbəbdən aradan götürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər