İraqın cənubundakı Bəsrə şəhərində korupsiya, elektrik enerjisinin kəsilməsi və dövlətin pis xidmətinə qarşı aksiyalar davam edir.
Teleqraf.com xəbər verir ki, İranyönümlü Asaib Ehlilhak, Ali İSlam Şurası və Ammar el-Hekim qüvvələri Milli Beyin Mərkəzi binasını və baş nazir Heydər İbadinin üzvü olduğu İraq İslam Partiyasının qərargahını yandırıblar.
Qarşıdurma zamanı 1 nəfər ölüb, azı 40 nəfər yaralanıb.
İraq neftinin təxminən yüzdə səksəninin çıxarıldığı Bəsrə vilayətində xalq iki aydır işsizlik, elektrik böhranı və dövlət xidmətlərində baş verən çatışmazlıqlar səbəbindən mitinqlər keçirir.