7 Sentyabr 2018 00:30
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tehrana səfər edib.

Teleqraf.com xəbər verir ki, o, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Çavuşoğlu Tvitter-də qeyd edib ki, bu gün Tehranda keçiriləcək Rusiya, İran və Türkiyə prezidentlərinin üçtərəfli sammitinə hazırlıq məqəsilə bu ölkəyə səfər edib və həmkarı ilə görüşüb.

İdlib bir həftəyə yaxındır ki, Rusiya və Suriya qırıcıların aviazərbələrinə, eləcə də top atəşinə məruz qalır. Beynəlxalq ictimaiyyət İdlibdəki əməliyyatları dayandırmaq üçün hər iki dövlətə çağırış ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər