İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən ictimai mediada "Amerikaya bir mesaj" adı ilə paylaşılan və hələ həqiqət olduğu təsdiqlənməyən bir videoda, amerikalı jurnalist Ceyms Foyelin olduğu iddia edilə bir adamın başı kəsilərək edam edilir.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, amerikalı jurnalist 2012-ci ildə vəzifəsini yerinə yetirdiyi Suriyada qaçırılıb.
Ceyms Foley olduğu iddia edilən adam öldürülmədən əvvəl bir mətn oxuyaraq, gerçək qatilinin ABŞ hökuməti olduğunu söyləyir. ABŞ Hava Qüvvələrində çalışan qardaşına səslənərək, “İraqı yaxın zamanda kim bombaladı”, - deyə soruşur.
Videodakı bir başqa jurnalist Steven Joel Sotloffun taleyinin isə “Prezident Obamanın əlində” olduğu deyilir.
İŞİD yaraqlılarının açıqlamalarına görə, Sotloffun edamında Obamanın bir sonrakı “hücumu” həlledici olacaq. Sofloff da 2013-cu ilin iyulunda itkin düşüb. Ağ Ev Milli Təhlükəsizlik Şurasının spikeri Caitlin Hayden videonu izlədiklərini və doğru olub-olmadığının araşdırıldığını söyləyib.