Braziliyada prezidentliyə namizəd Jair Bolsonaru mitinq zamanı bıcaq xəsarəti alıb.
“Bloomberg” xəbər verir ki, J. Bolsonarunun oğlu atasının qarın nahiyəsindən xəsarət aldığını bildirib.
O qeyd edib ki, atasının həyatına təhlükə yoxdur.
Qeyd edək ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. J. Bolsonarunun reytinqi digər namizədlərin reytinqlərini üstələyir.
/Oxu.az/