7 Sentyabr 2018 14:30
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də Fransaya səfər edəcək.

Bu barədə Fransa Erməni Cəmiyyətləri Əlaqələndirmə Şurasının həmsədri Murad Papazyan bildirib.

Onun sözlərinə görə, həmin gün Nikol Paşinyanın Fransa Prezidenti Emanuel Makronla görüşü keçiriləcək.

Daha sonra qonaq Fransanın erməni diasporu nüməyəndələri ilə görüşəcək. Bu görüşdə Ermənistanın daxili məsələləri, habelə Fransada yaşayan ermənilərlə bağlı məsələlər müzakirə olunacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər