20 Avqust 2014 10:41
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərinin Sent Luis bölgəsində polis daha bir qaradərili gənci öldürüb.

Teleqraf.com modern.az-a istinadən xəbər ki, iki polis əməkdaşı onlara bıçaqla hücum edən qaradərili şəxsə atəş açaraq qətlə yetiriblər. Polis şefi Sam Dotson jurnalistlərə açıqlamasında bildirib ki, ölən şəxsin 23 yaşı olub.

Polis məmurunun sözlərinə görə öldürülən qaradərili şəxs küçədə ictimai asayişi pozan davranışlar sərgiləyib.

Sam Doston qeyd edib ki, polislər həmin şəxsdən dəfələrlə bıçağı yerə atmasını tələb etsələr də, qara irqin nümayəndəsi buna məhəl qoymayıb. “Həmin adam isə “məni vur, məni öldür” deyə səslənib.

Qeyd edək ki, bir neçə gün öncə də Ferqyuson şəhərində polis 18 yaşlı silahsız qaradərili Maykl Brounu atəş açaraq öldürmüşdü. Bu səbəbdən neçə gündür ki, adıçəkilən şəhərdə etiraz əkaməti olaraq aksiyalar keçirilir.


Müəllif: