7 Sentyabr 2018 21:58
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Bəsrə şəhərində iğtişaşlar davam edir.

Teleqraf.com xəbər verir ki, bu gün keçirilən aksiya zamanı etirazçılar İran konsulluğuna od vurublar. Bir qrup nümayişçi ABŞ konsulluğuna hücum edib.

Kərbəla və Maysan vilayətlərində də etirazlar keçirilib.

Qeyd edək ki, dünən axşam nümayişçilər Bəsrədə İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərini yandırıblar.

Etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin təmiz içməli su və elektrik enerjisi ilə təchiz edilməsini, dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasını tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə edirlər.

Radikal şiə imamı Müqtəda əs-Sədr insanları aksiyalarda iştiraka çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər