BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bu gün Təhlükəsizlik Şurasında İdliblə bağlı keçirilən dinləmələrə telekonfransla qatılıb.
Teleqraf.com xəbər verir ki, Staffan de Mistura Suriya böhranının müzakirələr yolu ilə həlli üçün imkanların tükənmədiyini qeyd edib.
"Türkiyə və Suriya arasındakı İdlib gərginliyi qan tökülmədən həll edilə bilər. İdlibden son günlər xəbərlər alırıq. Bu xəbər çox təhlükəlidir. İdlibdəki əməliyyat qorxulu və qanlı müharibəyə səbəb ola bilər. Oradakı mülki şəxslərin təxliyyə ediləcək yerləri yoxdur. İdlibdə Türkiyə və Rusiyanın razılıq əldə etməsi vacibdir. Suriya hökuməti Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmədiyini bəyan edib. Bu gün Tehranda keçirilən zirvədə vacib məsələlər müzakirə olunub", deyə Mistura qeyd edib.
Suriya üzrə xüsusi nümayəndə qeyd edib ki, vətəndaş müharibəsinə son qoymağın bir yolu tapılmalıdır: "Ya siyasi həll tapılacaq, ya da qorxunc şeylər baş verəcək. Bu mənada bu gün Tehranda keçirilən zirvə önəmlidir".