8 Sentyabr 2018 00:15
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran və Türkiyə İdlib məsələsi ilə bağlı anlaşa bilməyiblər.

Bu barədə “Deutsche welle” yazır.

Bildirilir ki, Tehran sammitinin yekun bəyannaməsində konkret addımlar barədə heç nə deyilmir. Sənəddə yalnız mülki əhalinin qorunmasının vacibliyi vurğulanır, həmçinin Ən-Nusra qruplaşmasına və İŞİD-ə qarşı hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi qeyd olunur.

DPA agentliyi isə Putin, Ərdoğan və Ruhaninin sammitdə bəyanatlarını analiz edərək belə nəticəyə gəlir ki, üç ölkə İdlibdəki durumla bağlı mövqelərini yaxınlaşdıra bilməyib. Belə ki, Ərdoğan yekun bəyannaməyə atəşkəs haqqında müddəanın daxil edilməsinə çalışırdı, Rusiya ilə İran isə terrorçulara qarşı hərbi əməliyyatların davam etdirilməsiə təkid edirdilər.

Qeyd edək ki, Suriya ordusu İdlib əyalətində irəliləməyi planlaşdırır.

/Oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər