İran İraqın Bəsrə şəhərində konsulluğuna edilən hücumu pisləyir və günahkarların dərhal cəzalandırılmasını tələb edir.
Bu barədə İranın xarici işlər nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib.
B.Qasemi deyib: "İran konsulluğun edilən dəhşətli hücum və binanın yandırılması böyük maliyyə itkisinə səbəb olub. Xoşbəxtlikdən, biz bu diplomatik nümayəndəliyin əməkdaşlarının zərər çəkməsi barədə heç bir məlumat almamışıq".
XİN nümayəndəsi İraq hökümətini günahkarları tapmağa və cəzalandırılmağa çağırıb: "Aydındır ki, İraq hökuməti təhlükəsizliyə məhəl qoymadığına görə məsuliyyət daşıyır və biz gözləyirik ki, hücum edənlər tezliklə tapılacaq və cəzalandırılacaq".
Qeyd edək ki, İraqın Bəsrə şəhərində bir neçə gündür etiraz aksiyaları davam edir. Ötən gün etirazçılar şəhərdə yerləşən İran konsulluğunu yandırıblar.