ABŞ prezidenti Donald Tramp amerikalıların inciklik və qorxusundan yararlanır, vətəndaşların acıqlı qalması onun maraq dairəsindədir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ evin sabiq rəhbəri Barak Obama İllinoys Universitetində çıxışı zamanı deyib.
"Bu, Donald Trampdan başlamayıb. O, səbəb deyil, nəticədir. O, sadəcə siyasətçilərin illər ərzində yaratdıqları incikliklərdən yararlanır", — deyə Obama bildirib.
Onun sözlərinə görə, hakimiyyətdə olan insanlar üçün amerikalıların "parçalanmış və acıqlı" qalması sərfəlidir.