Liviyanın paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda ölənlərin sayı 78 nəfərə çatıb.
Bu barədə "Lybia TV" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.
Telekanalın xəbərinə görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.
Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir.