İsveçdə parlament seçkilərinin səsvermə mərhələsi başlayıb.
Teleqraf.com xəbər verir ki, seçki məntəqələri saat 08:00-da öz qapılarını İsveç vətəndaşlarının üzünə açıb.
Ölkədə fəaliyyət göstərən 29 seçki dairəsi üzrə 7 milyon 492 min 837 seçici qeydiyyatdadır.
Qeyd edək ki, birpalatalı İsveç parlamenti – Riksdaq 349 deputatdan ibarətdir. Onlar 4 il müddətinə seçilir. Hazırda Riksdaqda 8 partiya təmsil olunur. 2014-cü ildə keçirilən sonuncu seçki nəticəsində Sosial-Demokrat və Yaşıllar Partiyasının nümayəndələrindən ibarət hökumət formalaşıb.