9 Sentyabr 2018 17:54
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Pxenyana səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen İnlə bir araya gəlib.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, Valentina Matviyenko Şimali Koreya lideri Kim Çen İnın Rusiyaya səfər edəcəyini açıqlayıb.

Onun sözlərinə görə, Şimali Koreya lideri Rusiyaya səfər üçün hazır olduğunu deyib: “Kim Çen İn səfəri gecikdirmək istəmədiyini söylədi. Səfərin vaxtı və məkanı ilə bağlı məsələlər diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək”.

Valentina Matviyenko Şimali Koreya lideri Kim Çen İnə Rusiya Prezidenti Vladimir Putinin məktubunu təqdim edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər