Fransa müdafiə peyklərinin potensialının yenilənməsinə 3,5 milyard avrodan çox vəsait xərcləyəcək.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ölkənin müdafiə naziri, xanım Florans Parli çıxış edib.
“Biz “Hərbi planlaşdırma ilə bağlı qanun”da müdafiə peyklərinin potensialının yenilənməsinə 3,6 milyard avro ayırmağı nəzərdə tutmuşuq”, – deyə nazir “Europe 1” radiosunun efirində deyib.
O qeyd edib ki, yeni peyklərin orbitə çıxarılması zamanı video-müşahidə kameraları ilə təchizat məsələsinə də baxılacaq. Nazir deyib ki, burda məqsəd sadəcə, kimin onlara yaxınlaşdığını bilməkdir.