Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladmir Putinlə Suriya məsələsində fikir ayrılığının olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bu ayın sonu, gələn ayın əvvəllərində Putinlə görüş planlaşdırıldığını qeyd edib.
"Bizim aramızda fikir ayrılığı var və biz bunu XİN, Müdafiə Nazirliyi, kəşfiyyat idarələri səviyyəsində müzakirə edirik. Almaniyaya səfərdən sonra (27-28 sentyabr) biz Putinlə yenidən görüşə bilərik", — deyə Ərdoğan qeyd edib.