20 Avqust 2014 11:30
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vida görüşü keçirən Gül prezident üsul-idarəsinə qarşı olduğunu bildirib

Türkiyə prezidenti Abdulla Gül avqustun 19-da axşam Ankarada QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçiləri ilə vida görüşü keçirib. Çankaya köşkündə keçirilən vida ziyafətində A. Gül önəmli açıqlamalarla çıxış edib.


Prezident kreslosunu Rəcəb Tayyib Ərdoğana təhvil verməyə hazırlaşan A. Gül Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin və yeni baş nazirin Əhməd Davudoğlu olduğunu açıqlamaqla bərabər, narazılığını da dilə gətirib: “Demokratik rejimlərin ən yaxşı tərəflərindən biri dönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən. Hayrunnisa xanım burada səliqə-səhman yaratmaq üçün çox çalışdı, buraları yenidən yaratdı. Hərdən deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün gedəcəyəm, onda üzüləcəksən. O da mənə deyirdi ki, gedərkən buraları gözəl buraxıb gedək. Vədəmiz yetişdi, böyük bir şərəf və qürurla buradan ayrılırıq”.


A. Gül 2007-ci ildə prezident olarkən ölkədə bəzi dairələrin buna kəskin etiraz etdiyini, dini radikalizmin güclənəcəyini və dünyəvi dövlət təhlükə yaranacağını söyləyənlər olduğunu xatırladıb: “Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də, Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsiz oldum. İndi prezidentlik müddətim başa çatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii bir şey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənlər oldu. Bunların hamısını izlədim”.


A. Gül R. T. Ərdoğandan fərqli olaraq, prezidentlik üsul-idarəsinə tərəfdar olmadığını da vurğulayıb: “Parlamentar sistemə tərəfdar olduğunu daha əvvəl söyləmişdim”.


Müəllif:

Oxşar xəbərlər