11 Sentyabr 2018 12:53
3 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində baş vermiş terror aktlarının 2,753 qurbanının 1111 nəfərinin şəxsiyyəti müəyyənləşdirilməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Röyter məlumat yayıb.

Röyters qeyd edir ki, son beş il ərzində mütəxəssislər yalnız beş qurbanın şəxsiyyətini müəyyən edə biliblər.

Beləliklə, bu günə qədər terror aktlarında 1642 nəfərin öldüyü dəqiqləşdirilib.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də Əl-Qaidə terror təşkilatının 19 üzvü ABŞ-da dörd sərnişin təyyarəsi ələ keçirib. Onlardan ikisi təyyarəni Dünya Ticarət Mərkəzinin qüllələrinə - Nyu-Yorkda həmin vaxt ən yüksək olan binalara çırpıb. Üçüncü təyyarə Vaşinqton ətrafındakı Pentaqon binasına, dördüncüsü isə ABŞ paytaxtına yönəldilib. Son iki təyyarə Penslivaniya ştatının Şanksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.

4 terror hücumu nəticəsində ümumilikdə 2977 nəfər həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər